Ulu öndər Heydər Əliyevin xatirəsi Aktau şəhərində anılıb

17:23 10 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı Baş konsulluğu Aktau şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib.
Baş konsulluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin və “Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngerü, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən danışıb.
“Dostluq” milli-mədəni cəmiyyəti sədrinin müavini Vaqif Əliyev Ümummilli Liderin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən söz açıb.
Tədbirdə iştirak edən məktəblilər və tələbələr Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.
Daha sonra “Heydər Əliyev – Azərbaycan xalqının böyük oğlu” mövzusunda inşa yazı müsabiqəsinin yekunları elan edilib. Qaliblərə Baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayış etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Aktau_seherinde_anilib-910042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR