Ukrayna və Koreya liderləri İlham Əliyevə başsağlığı verib

Ukrayna və Koreya liderləri İlham Əliyevə başsağlığı verib
17:24 10 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın Prezidenti Pyotr Poroşenko Prezident  İlham Əliyevə “Günəşli” yatağındakı neft platformasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

“Günəşli” yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım.

Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik.

 

Bundan başqa, Koreyanın prezidenti Pak Kin He də baş vermiş hadisə ilə bağlı prezident İlham Əliyev və Azərbaycan xalqına başsağlığı verib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR