Tovuz rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Tovuz rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
17:28 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 10 dekabr, AZƏRTAC
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizin hər bir şəhər və rayonunda olduğu kimi, Tovuzda da uğurla davam etdirilir. İndi ölkə həyatının hansı sahəsinə baxsan orada Heydər Əliyev siyasətinin heyrətamiz uğurlarını görərsən. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Xalqa bağışlanan ömür” mövzusunda təşkil olunan “dəyirmi masa”da səsləndirilib.
“Dəyirmi masa”da YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov, Mərkəzin direktoru Aytən Tağıyeva, Mərkəzin elmi işçisi Humay Aslanova və başqaları Ümummilli Liderin xilaskarlıq missiyasından, onun əsasını qoyduğu müdrik siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıblar.
“Dəyirmi masa”da Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ölkənin bütün sahələrində görülmüş işlər barədə geniş məlumat verilib.
Tədbir “Xalqa bağışlanan ömür” filminə baxışla yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuz_rayonunda_umummilli_lider_Heyder_Aliyevin_xatiresi_anilib-910048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR