"Biz Putinə "Potik" deyirdik"

"Biz Putinə "Potik" deyirdik"
17:31 10 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Ankara Moskva arasında yaranan gərginliyə görə gündəmə gələn Rusiya prezidentiVladimir Putin haqqında daha bir iddia ortaya atılıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Putin 1971-ci ildə Türkiyədə - Aliağadakı Tüpraş inşaatında bir il fəhlə kimi çalışıb. Bu müddət ərzində isə o KQB-də (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) staj keçib.


Putin haqqında iddiaların sahibi


43 il öncə Putinlə birlikdə çalışdığını iddia edən izmirli Adem Albayrak Rusiya prezidentinin keçmişindən danışıb. O, hələ illər öncə Putinin casus olduğundan şübhələndiklərini, onun ölkəsinə qayıdandan sonra bundan əmin olduğunu söyləyib.

"Buz kimi soyuq bir adam idi. Kənarda tək başına oturaradı, heç kimə yovuşmazdı. O, ailəsindən uzaqda olduğu üçün, ona yazığım gəlirdi, onu tək buraxmırdım. Bilsəydim ki, türklərə qarşı belə bir addım atacaq, heç ona yaxşılıq etməzdim", - deyə Adəm Albayrak vurğulayıb.


Vladimir Putinin 1971-ci ildə çəkdirdiyi foto

"Biz ona Potik deyirdik. O, 20 yaşında "Tüptaş" şirkətinin maye yanacaq tanklarının montaj işini görürdü. O, bizim yanımızda çox dayanmırdı, Turiskin adlı bir rus vətəndaşının yanına gedərdi. Putin davamlı olaraq, neft çənlərinin şəklini çəkirdi. O vaxtlar iki yoldaş Əliağa Yalı məhəlləsindəki Manisa bağ evlərində qalırdılar. Bir dəfə yaxındakı hərbi obyektlərinin şəklini çəkərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Tutulan ruslardan biri bu hadisədən sonra qaldıqları bağ evinin həyətindəki ağacdan özünü asaraq intihar edib. Putini isə həmin şəkillərə görə, ölkədən çıxararaq, Sibirə göndərildiyini eşitdim. Uzun illər keçdikdən sonra onu televizorda görəndə tanıdım".



Onun sözlərinə görə, hələ o zamandan şirkətdə işləyən ruslar Putindən çəkinirdilər. Onların arasında İlya adlı rus var idi və Putinə "böyük patron" deyərdi. "O zaman belə sözləri ciddi qəbul etmirdik. İndi isə onun o zamandan etdiyi hərəkətləri düşündükcə, heç də təəccüblənmirəm".


Vladimir Putin - Rusiya Federasiyasının prezidenti





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR