Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verir - YENİLƏNİB

Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verir - YENİLƏNİB

Date: 10 December 2015 17:32

Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

""Günəşli" yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım.

Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik".

X X X

Koreya Respublikasının Prezidenti Pak Kin He Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

 başsağlığında deyilir:

"Zati-aliləri,

Dekabrın 4-də Xəzər dənizinin "Günəşli" yatağındakı neft platformasında baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyir, tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə düşüncələrimiz və dualarımız, Zati-aliləri, Sizinlə və Azərbaycan xalqı ilə birlikdədir".

Milli.Az


Tags:  Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verir YENİLƏNİB

RƏYLƏR


Top news