Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ev robotlarına tələbat artır

Ev robotlarına tələbat artır

Tarix: 10 Dekabr 2015 17:33


Bakı, 10 dekabr, AZƏRTAC
Yaponiyada istehsal olunan, emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə yetirən insanabənzər “Pepper” robotuna tələbat yüksəkdir.
AZƏRTAC “RİA Novosti” saytına istinadən bildirir ki, hər ay satışa 1000 robot çıxarılır. Tələbatın yüksək olması ilə əlaqədar “Pepper”i yalnız əvvəlcədən sifariş verməklə almaq mümkündür.
Artıq yarım ildir hər ay satışa çıxarılan 1000 ədəd robot 1 dəqiqəyə satılır.
Dekabrda robotun yaradıcısı - Yaponiyanın “SoftBank” mobil rabitə operatoru satış üçün nəzərdə tutulan robotların sayını 1300 ədədədək artırmaq qərarına gəlib.
“SoftBank” nümayəndələrinin sözlərinə görə, “Pepper” dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir. O, duyğuları ifadə etməklə yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə də bilir.
“Pepper”in xüsusiyyətlərini şərh edən şirkət rəhbəri Masayoşi San bildirib ki, bəşəriyyət tarixində biz ilk dəfə “ürəyi” olan və emosiyaları ifadə edən robot yaratmağa nail olmuşuq.

Teqlər:  robotlarına tələbat artır



RƏYLƏR


Top xəbərlər