Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyev "ev dustağı" olmaq üçün məhkəməyə müraciət edəcək

Cahangir Hacıyev "ev dustağı" olmaq üçün məhkəməyə müraciət edəcək

Date: 10 December 2015 17:37

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Nərimanov rayon Məhkəməsinə müraciət edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkilin sözlərinə görə, müraciət etməklə bağlı C.Hacıyevlə məsləhətləşib: "Cahangir Hacıyevin istintaq dövründə azadlıqda qalması üçün qanu heç bir maneçilik törətmir. Bunu Cahangir Hacıyev özü də məhkəmədə bildirdi. Ona görə də, bu barədə Nərimanov rayon Məhkəməsinə müraciət edəcəyik. Biz istəyirik ki, Cahangir Hacıyev heç olmasa "ev dustağı" edilsin. Onun səhhətində problemlər var və vaxtında dərmanlar qəbul etməlidir".

A.Layıcov bildirib ki, hazırda məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət hazırlayır. Ərizə yaxın günlərdə Nərimanov rayon Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində C.Hacıyevin Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti təmin etməyib.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Tags:  Cahangir Hacıyev ev dustağı olmaq məhkəməyə müraciət edəcək


RƏYLƏR


Top news