Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qızıl qlobus” mükafatına namizədlərin adları bu gün açıqlanacaq

“Qızıl qlobus” mükafatına namizədlərin adları bu gün açıqlanacaq

Date: 10 December 2015 17:38


Bakı, 10 dekabr, AZƏRTAC
Hollivudun xarici mətbuat assosiasiyası tərəfindən hər il təqdim edilən “Qızıl qlobus” mükafatına namizədlər bu gün bəlli olacaq. Mükafatın 73-cü təqdimetmə mərasimi isə gələn il yanvarın 10-da Los-Ancelesdə keçiriləcək.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, kino mükafatları mövsümünü açan və ona ahəng qatan “Qızıl qlobus” mükafatına namizədlərin adları təqdimetmə mərasimindən bir ay qabaq elan edilir.
Kino tənqidçiləri müxtəlif kateqoriyalar uğrunda mübarizədə mümkün namizədlər arasında “Sağ qalan” (The Revenant), “Diqqət mərkəzində” (Spotlight), “Bruklin” (Brooklyn), “Casus körpüsü” (Bridge of Spies), “Kerol” (Carol), “İyrənc səkkizlik” (The Hateful Eight), “Danimarkalı qız” (The Dutch Girl), Marslı (The Martian), “Coy” (Joy) və “Otaq” (Room) filmlərinin adlarını çəkirlər. Onların fikrincə, namizəd rejissorlar sırasına keçən ilin qalibi Alexandro Qonsales İnyarritu (“Sağ qalan”), həmçinin bu kateqoriyada 13 nominasiyanın və iki əsas mükafatın sahibi Stiven Spilberq (“Casus körpüsü”) daxil olacaq.
“Qızıl qlobus” mükafatı 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir. Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i isə televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.

Tags:  Qızıl qlobus mükafatına namizədlərin adları bu gün açıqlanacaq


RƏYLƏR


Top news