Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cem Yılmazın yeni filmi Bakıda nümayişə başladı

Cem Yılmazın yeni filmi Bakıda nümayişə başladı

Date: 10 December 2015 17:39

Türkiyənin məşhur komediya ustası, aktyor Cem Yılmaz  növbəti dəfə rejissorluq etdiyi və baş rolunu canlandırdığı “Əli baba və 7 cücə ” bədii filmi nümayişə başlayıb. Lent.az-ın məlumatına görə, ekran əsəri bu gündən etibarən Nizami Kino Mərkəzində təqdim edilir.

AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə nümayiş olunan “Əli baba və 7 cücə” filmi komediya və savaş janrında cəkib. Əli Şenay və qayını İlber, bağça dizaynı üçün fiqurlar satan iki "iş adamıdı"lar. Daxili bazarda bir şey əldə etməyən cütlük, “Şenay Cüccaciye” adlı marka yaradıb xarici bazara çıxmaq üçün Sofiyada keçirilən bağça sərgisinə qatılırlar. Amma təsadüf nəticəsində böyük mafiya lideri Boris Mancovun adamlarına üzləşən Şenay və İlber çox çətin vəziyyətə düşürlər. Macəraları da buradan başlayır...

Filmdəki baş rollara Cem Yılmazla yanaşı İrina İvkina, Çetin Altay və başqa tanınmış simalar da çəkiliblər. Filmdə müğənni İradə İbrahimovanın "Neyləyək alınmadı" mahnısının ifası da yer alıb. Mahnını C. Yılmaz və Ç. Altay ifa edib. Bu isə azərbaycanlı sənətsevərlərin də marağına səbəb olub.  

Qeyd edək ki, dekabrın 17-də C. Yılmazın Bakıya səfəri də gözlənilir. Onun iştirakı ilə  “Əli baba və 7 cücə ” filminin qala-gecəsinin keçirilməsi planlaşdırılır. 

 



Tags:  Cem Yılmazın yeni filmi Bakıda nümayişə başladı

RƏYLƏR


Top news