QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Budapeştdə "Atəşkəs" filminin təqdimatı olub (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Budapeştdə "Atəşkəs" filminin təqdimatı olub (FOTO)
17:43 10 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

8 dekabr 2015-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun qarşılıqlı əməkdaşlığı sayəsində hazırlanan “Atəşkəs” sənədli filminin təqdimat mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb.

Təqdimat mərasimində çıxış edən Macarıstan Parlamenti rəhbərinin baş məsləhətçisi Andras Ketemen macar və türk xalqları arasında olan tarixi bağlılıqdan söz açıb. A.Ketemen sənədli filmin Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində yaranmış faciələrin dünyaya tanıdılması baxımından əhəmiyyətini vurğulayıb: “Qarabağ faciəsi Avropada az bilinən, sadəcə dondurulmuş və ya mübahisəli bir məsələ kimi tanınırdı. Ancaq real faktlar bunun əksini sübut edir. Bu gün seyr etdiyimiz filmin arxasında, bir insanlıq faciəsi, minlərlə insanın acı taleyi dayanır. Macarlar bu duyğuları ötən yüzillikdə yaşadıqları üçün azərbaycanlıları çox yaxşı anlaya bilirlər".

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu gün Yaxın Şərqdən Avropaya qaçqın axınlarının böyük problemlərə yol açdığını misal göstərərək, Azərbaycanın bu ağrını 1988-ci ildən yaşadığını deyib. Səfir beynəlxalq ictimaiyyətin bir çox hallarda Qarabağın Ermənistan tərəfindən işğalına adekvat reaksiya verməməsini tənqid edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyətin böyük əmək sərf etdiyini vurğulayıb: “Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin, görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu gün işğal altında olan yerləri nümayiş etdirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Filmin rejissoru Erik Boqnar çəkiliş zamanı Azərbaycan xalqını yaxından tanımaq, onu sevmək imkanı yarandığını, insanların üzləşdiyi ağrı-acıları öyrəndikcə özünü kadrlarda yer alan faciəvi hadisələrin içərisində hiss etdiyini qeyd edib.

Macar Turan Fondunun rəhbəri və filmin eksperti Andras Biro azərbaycan və macar xalqlarının qardaşlığından söz açıb. “Macarlar azadlıq sevdalısı olan xalqdır və hər zaman ədalətin yanındadırlar. Əgər qardaşlarımız bir faciə yaşayırlarsa, biz çəkinmədən onların yanında dayanamalıyıq və bütün həqiqətləri dünyaya çatdırmalıyıq. Biz macarlar olaraq Avropada ilk dəfə Azərbaycan xalqının faciələrini, həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırılmasını üzərimizə götürməklə qürur duyuruq”.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Mustafa Qurbanlı filmin ərsəyə gətirilməsində göstərdikləri əməyə görə Macar Turan Fondu və BAMF kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, film Budapeştin qədim tarixi məkanlarından olan məhşur Uranium film və festival salonunda nümayiş etdirilib. Təqdimat mərasimində Macarıstanın hökumət nümayəndələri, 8 millət vəkili, 5 şəhərin bələdiyyə başçısı, Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakili, TİKA-nın Budapeştdəki rəhbəri, jurnalistlər, iş adamları, ictimai xadimlər, tanınmış idmançılar və elm adamları iştirak edib.

Filmin Macarıstanın və Avropanın müxtəlif şəhərlərində nümayiş etdirilməsi və hazırlanmış DVD-lərin dünyaya yayılması planlaşdırılır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05