Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub
17:43 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 10 dekabr, AZƏRTAC
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında şair-dramaturq Zaur Vedilinin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazılan “Çalıb-çağıran” pyesi əsasında hazırlanan tamaşaya ictimai baxış olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq Artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı Əli Məmmədovdur.
Marionetka üslubunda hazırlanmış tamaşada kuklaları teatrın aktyorları İbad Nəbiyev, Süleyman Süleymanov, İlham Babayev, Arzu Səfərov, Vəsmə Quliyeva, İlqar Babayev, Ulduz Süleymanova, Əfsanə Əsgərova səsləndirirlər. Balaca tamaşaçılar folklorumuzun ənənəvi personajları olan padşah, qarı, əjdaha və başqa maraqlı surətləri görəcəklər. Şən mahnılar, maraqlı tərtibat uşaqların zövqünə uyğun hazırlanıb. Tamaşada ədalət, mərhəmət, qorxmazlıq, insanlara məhəbbət kimi mənəvi-əxlaqi dəyərlər təbliğ edilir.
Tamaşanın gələn həftənin sonlarında uşaqlara təqdim olunması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Dovlet_Kukla_Teatrinda_yeni_tamasaya_ictimai_baxis_olub-910059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR