"Deyirlər ki, "çirkinsən, amma gözəl yaşayırsan" - fotolar

"Deyirlər ki, "çirkinsən, amma gözəl yaşayırsan" - fotolar
17:46 10 Dekabr 2015
162 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Demet Akalın qonaq olduğu radio proqramında maraqlı etiraflar edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Demet özü haqda pis şərhlərdən təsirlənmədiyini deyib:

"Mənə həmişə "bu qədər çirkinsən, amma bu çirkinliklə gözəl həyat yaşayırsan" deyirlər. Bu çirkinliklə Demet Akalın olmuşam, düşünün, bir də gözəl ola bilərdim. Kim bilir, nələr baş verərdi".

O, həyat yoldaşı Okan Kurtdan əvvəlki həyatı haqda danışıb:

"Yaxşı ki, vaxtında çox gəzib əylənmişəm. Okan da çox gəzib. İkimiz də çox güclü, inadcıl adamlarıq. O, pis olmasın deyə çox şeyə susuram. Sənətimlə də barışır artıq. Əvvəllər konsertdə, restoranda şampan göndərənlərin üstünə cumurdu. İndi isə çox işimlə özü maraqlanır. İş həyatımı asanlaşdırıb, amma ev həyatından şikayətçiyəm. Mənə təzə evə köçəndə hər şeyin daha yaxşı olacağını demişdi, filmlərə, restoranlara gedəcəyik, sosial həyatımız olacaq... Amma evə gəlir futbol izləyir, ya da dostlarını çağırıb Play Station oynayırlar".

Demet övladı Hira haqda da etiraf edib:

"Hiradan sonra bir uşaq itirdik... Amma düşünürəm ki, ikinci uşaq Hiraya haqsızlıq olar. Okan istəyir, elə xəyalları var. Amma mən əsla düşünmürəm".






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR