Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Əli baba və 7 cücə” komediyası Nizami Kino Mərkəzində

“Əli baba və 7 cücə” komediyası Nizami Kino Mərkəzində

Date: 10 December 2015 17:48


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10–dan Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Əli baba və 7 cücə” bədii filminin nümayişinə başlanılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə nümayiş olunan “Əli baba və 7 cücə” filmini Türkiyənin məşhur komediya ulduzu Cem Yılmaz komediya və savaş janrında çəkib.
Əli Şenay və qaynı İlber, bağça dizaynı üçün fiqurlar satan iki “iş adamı”dırlar. Daxili bazarda bir şey əldə etməyən cütlük, “Şenay Cüccaciye” adlı marka yaradıb xarici bazara çıxmaq üçün Sofiyada keçirilən bağça sərgisinə qatılırlar. Amma təsadüf nəticəsində böyük mafiya lideri Boris Mancovun adamları ilə üzləşən Şenay və İlber çox çətin vəziyyətə düşürlər. Macəraları da buradan başlayır.
Filmdəki baş rollara Cem Yılmaz, İrina İvkina, Çetin Altay və başqaları çəkiliblər.

Tags:  Əli baba cücə komediyası Nizami Kino Mərkəzində



RƏYLƏR


Top news