Bakı Dövlət Sirki “Klounların qış paradı”na hazırlaşır

Bakı Dövlət Sirki “Klounların qış paradı”na hazırlaşır
17:48 10 Dekabr 2015
213 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bakı Dövlət Sirkində “Lasta Rika” şousunun ardından yeni sirk proqramı təqdim olunacaq. Dekabrın 25-dən başlayacaq proqramın özəlliyi ondadır ki, ilk dəfə olaraq bütün nömrələr klounlar tərəfindən nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Klounların qış paradı” adlı möhtəşəm sirk şousunda hava gimnastları, əhlilləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq. Kordebaletin müşayiət ilə göstərilən nömrələrdə xüsusi işıq effektlərindən istifadə ediləcək. Yeni il günlərinə düşdüyü üçün proqramda Şaxta baba və Qar qız da iştirak edəcək.
İki saat davam edəcək “Klounların qış paradı” proqramı 2016-cı il yanvarın ortalarına kimi şəhərimizdə olacaq. Biletlər sirkin kassalarında satılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Dovlet_Sirki_Klounlarin_qis_paradina_hazirlasir-910064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR