Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında mübarizəyə start verilib. Fanat.az хəbər verir ki, Azərbaycan yığması bu gün qrupda ilk oyununu keçirir.
Millimizin ilk rəqibi İsveç olacaq. Bakı vaхtı ilə saat 20.00-da başlayacaq qarşılaşma Xorvatiyanın Osiyek şəhərindəki “Dvoryana Qradska” İdman Kompleksində baş tutacaq.
Millimizin qrupunda bu gün daha bir matç baş tutacaq. Belə ki, qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya Belarusu sınağa çəkəcək.
Qeyd edək ki, yığmamız sabah Belarus, dekabrın 13-də Xorvatiya ilə qarşılaşacaq.
DÇ-2016
Seçmə mərhələ
II qrup, I tur
10 dekabr
20.00 Azərbaycan - İsveç
Hakimlər: Qabor Kovaç (Macarıstan), Vladimir Kadıkov (Rusiya).
Osiyek. “Dvoryana Qradska” İdman Kompleksi.
Fanat.az