Bakıda daha bir parklanma yeri ləvğ edilib

Bakıda daha bir parklanma yeri ləvğ edilib
17:57 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən "Report"a daxil olan məlumata görə, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün ləğv edilib.
Artıq ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.
Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də davam etdiriləcək.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidləri, tunellər, habelə estakadalar, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı “Azəryolservis” tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-daha-bir-parklanma-yeri-levg-edilib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR