Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadanın qalibi olublar

Tarix: 10 Dekabr 2015 17:58

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasının qalibi olublar.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (IJSO) keçirilib.

6 nəfər şagird və 3 nəfər müəllim heyəti ilə olimpiadada təmsil olunan Azərbaycanın məktəbliləri yeni bir uğura imza atıb. Belə ki, 43 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycan məktəblilərindən Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medal qazanıblar.

Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycan məktəbliləri beynəlxalq olimpiadanın qalibi olublar



RƏYLƏR


Top xəbərlər