Xəzangül Hüseynovanın “Özümü axtarıram” şeirlər kitabının təqdimat mərasim keçirildi

Xəzangül Hüseynovanın “Özümü axtarıram” şeirlər kitabının təqdimat mərasim keçirildi
17:59 10 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Yazıçılar Birliyində qurumun Gəncə bölməsinin rəhbəri, şairə Xəzangül Hüseynovanın “Özümü axtarıram” şeirlər kitabının təqdimat mərasim keçirilib.
 
APA TV-nin məlumatına görə, kitabda Xəzangül Hüseynovanın yeni şerləri toplanıb.
 
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şairə Xəzangül Hüseynovanın Gəncə, o cümlədən respublikada tanınıb sevildiyini, onun şeirlərinin öz oxunaqlığı ilə diqqəti cəlb etdiyini deyib.
 
Şair-dramaturq Nəriman Həsənzadə Xəzangül Hüseynovanı yeni kitabının işıq üzü görməsi  münasibətilə təbrik edib. O qeyd edib ki, şairənin həyatda qazandığı nailiyyətlərdən biri də Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri seçilməsidir: "Çağdaş Gəncə ədəbi mühiti də öz istedadlı şair və yazıçıları ilə AYB-nin öndə gedən bölmələrindən biridir. Söhrət, fərqli olmaq, qeyri-adilik Gəncə torpağının yetirmələrinə, həmişə gənc olan Gəncənin alnına yazılan yazıdır elə bil ".
 
Bildirilib ki, Gəncə şəhərində yaşayıb-yaradan şairə Xəzangül Hüseynova 7 kitab müəllifidir. “Özümü axtarıram” şeirlər kitabı isə Xəzahgül Hüseynovanın sayca səkkizinci kitabıdır. Müəllif tədbir iştirakçılarına və oxucularına təşəkkürünü bildirib: "İnsanın daxilində hansı hisslər yaşanırsa , onda hansı fırtınalar qoparırsa, iç dünyasında nələr baş verirsə, bu şeirlərdə də məhz həmin hisslər öz əksini tapıb. Bu kitabda sevgi də var, məhəbbət də var, dünyamızdan yan keçməyən narahatlıqlar da. Təbiətcə özüm pünhanda olmağı sevirəm. Həmişə istəmişəm ki, oxucularım məni oxuyub, özlərini tapsınlar. Mən oxucuya "bu mənim kitabımdır, oxu" deyə bilmərəm. Oxucu onu oxuyub dərk edir, mənə elə suallar verirlər ki, doğrudan da görürəm ki, onlar mənim şerlərimin içinə girə bilib".
 
Ötən əsrin 70-ci illərindən şeirləri çap olunan şairə Xəzangül 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür.
 
“Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə şəhərindəki C.Cabbarlı adına Dram Teatrında tamaşaya qoyulub, Türkiyə teatrında da nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR