AMEA-da Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan brifinq keçirilib

18:03 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bu günün əhəmiyyətindən danışıb. Bildirilib ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi insan hüquqlarının müdafiəsi ideyasının, əhalinin müxtəlif qruplarının hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına, insan hüquqlarının beynəlmiləlləşməsinə və təşviqinə imkan verib. Bəyannamənin prinsipləri bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyində də əksini tapıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını söyləyən A.Mustafayeva vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada dini etiqad azadlığı qorunur. Lakin bu gün bəzi qüvvələr din pərdəsi altında ekstremist fəaliyyətlə məşğul olurlar.
Beynəlxalq hüquq və normalardan danışan institutun direktoru bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul olunan beynəlxalq qərar və qətnamələr hələ də yerinə yetirilmir.
Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_da_Beynelxalq_Insan_Huquqlari_Gunune_hesr_olunan_brifinq_kechirilib-910074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR