Siyəzəndə inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

18:03 10 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Siyəzən, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda məktəblilər arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlar şagirdlərə dekabrın 10-da Siyəzəndəki Heydər Əliyev Mərkəzində eyni mövzuda təşkil olunan tədbirdə təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də müəllim və şagirdlər qatılıblar.
İştirakçılar əvvəlcə Mərkəzdəki foto-stendlərə baxıb, onlara tarixi sənədlər və şəkillər əsasında ümummilli lider Heydər Əliyevin həyatı və dövlət xadimi kimi fəaliyyəti haqqında geniş məlumat verilib.
“Dəyirmi masa” ətrafında davam edən tədbirdə gənclərimizin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolundan danışılıb. Bu siyasətin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu xüsusi vurğulanıb.
Çıxışlardan sonra müsabiqədə I və II yerləri tutan şagirdlərin inşa-yazıları oxunub. 55 şagirdin iştirak etdiyi müsabiqədə şəhər 2 saylı tam orta məktəbin şagirdi Fidan Bayramova I, şəhər 3 saylı tam orta məktəbin şagirdi Zərifə İsmayılova isə II yerin qalibi olub. Şəhər 1 saylı tam orta məktəbin şagirdi Ləman Ağayeva və şəhər 6 saylı lisey-məktəbin şagirdi Səbinə Talıbova isə III yeri tutublar.
Qalib şagirdlər təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyezende_insa_yazi_musabiqesinin_qalibleri_mukafatlandirilib-910073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR