Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"2050-ci ilədək Avropa əhalisinin 1/3-i müsəlman olacaq" - İDDİA

"2050-ci ilədək Avropa əhalisinin 1/3-i müsəlman olacaq" - İDDİA

Date: 10 December 2015 18:05

İslamofobiya böyük layihədir, lakin proqnozlaşdırırıq ki, 2050-ci ilədək Avropa əhalisinin üçdə bir hissəsi müsəlman olacaq.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xameneyinin ölkənin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi Əbdülhüseyn Moezzi deyib.

Ə.Moezzi qeyd edib: "İŞİD və onun üzvlərinin cahil müsəlmanlar olduğuna inanmırıq, onlar hegemon güclər tərəfindən İslama qarşı nifrət hissi oyatmaq məqsədilə öyrədilmiş muzdlulardır. Bizim vəzifəmiz İslamın mehribanlıq və şəfqət dini olduğunu dünyaya çatdırmaqdır".

Milli.Az


Tags:  2050-ci ilədək Avropa əhalisinin 13-i müsəlman olacaq İDDİA


RƏYLƏR


Top news