Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyevin xatirəsi UNEC-də anılıb

Heydər Əliyevin xatirəsi UNEC-də anılıb

Date: 10 December 2015 18:09

Dekabrın 10-da İqtisad Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər.

Anım mərasimi universitetin Heydər Əliyev Mərkəzində davam etdirilib.

ADİU-nun rektoru Ədalət Muradov qeyd edib ki, Azərbaycan müstəqillik illərində dinamik iqtisadi inkişaf edən ölkələr sırasına məhz Heydər Əliyevin sayəsində çıxıb. Rektor ölkəmizdə təhsilin inkişafında və Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz olduğunu xüsusi vurğulayıb.

Universitetlər arasında birinci yerdə olan və bacarıqlı kadrların hazırlanmasında İqtisad universitetinin lider olduğunu qeyd edən rektor, gələcəkdə ali təhsil mərkəzinin məzunlarının təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış şəxsiyyət kimi formalaşacağına ümid etdiyini əlavə edib.

Tədbirdə Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə də ümummilli liderin Azərbaycanda hakimiyyəti illərində gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb.

Sonda H. Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

 










Tags:  Heydər Əliyevin xatirəsi UNEC-də anılıb


RƏYLƏR


Top news