Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakcell": Abunəçilərin şəbəkə ilə bağlı Məlumat Mərkəzinə müraciətləri 61% azalıb

Date: 10 December 2015 18:22

Şirkətdən “Report”a bildirilib ki, 2014-2015-ci illər üzrə şirkətin Məlumat Mərkəzinə ötən il ilə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61%, İnternetlə bağlı isə 72% azalıb.
“Məlumat Mərkəzinə şəbəkə ilə bağlı daxil olan zənglərin ciddi şəkildə azalması bir daha “Bakcell”in qabaqcıl şəbəkəyə malik olmasını sübuta yetirir. Abunəçilərimizi daha üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün bütün səylərimizi birləşdiririk. Bununla yanaşı, Müştəri Xidmətləri və Texnologiya departamentlərinin əməkdaşları abunəçilərin şəbəkə ilə bağlı müraciətlərini operativ şəkildə araşdırırlar və mümkün qədər qısa müddət ərzində onların istəyini reallaşdırmaq üçün tədbirlər görürlər. Əminik ki, şirkətimizin şəbəkənin təkmilləşdirilməsi istiqamətində apardığı işlər özünü mükəmməl müştəri təcrübəsinin əldə edilməsi şəklində göstərəcək və növbəti il abunəçilərimizin şəbəkə ilə bağlı müraciətlərinin sayında daha çox azalma müşahidə edəcəyik”, - deyə “Bakcell” şirkətinin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.
Qeyd edilib ki, son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını iki dəfə artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsini genişləndirərək əhali üzrə 14 faiz bəndi artırmaqla 95,3%-ə, ərazi üzrə isə 27 faiz bəndi artıraraq 75,9%-ə çatdırıb.

Tags:  Bakcell Abunəçilərin şəbəkə bağlı Məlumat Mərkəzinə müraciətləri 61 azalıb



RƏYLƏR


Top news