Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"dəki qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə 15 min manat veriləcək

"Günəşli"dəki qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə 15 min manat veriləcək

Date: 10 December 2015 18:23

Bakı. Trend:

Dekabrın 10-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar sərəncam imzalayıb. Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 2015-ci il 5 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamda Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Günəşlidəki qəza nəticəsində həlak olanların itkin düşənlərin ailələrinə 15 min manat veriləcək

RƏYLƏR


Top news