Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Körpü altındakı qanunsuz parklanma yeri ləğv edilib

Körpü altındakı qanunsuz parklanma yeri ləğv edilib

Azərbaycanda avtomobillərin PARKLANMASI QAYDALARI DƏYİŞİR (25 Fevral 2017 21:03)

Tarix: 10 Dekabr 2015 18:23


Bakı, 10 dekabr, AZƏRTAC 
Bakının Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün ləğv edilib.
Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq məqsədilə beton maneələr qoyulub.
Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də davam etdiriləcək.
Məlumata əsasən, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.
 



Teqlər:  Körpü altındakı qanunsuz parklanma yeri ləğv edilib



RƏYLƏR


Top xəbərlər