“Əlilliyi olan uşaqların valideynləri üçün ailə təlim proqramı” adlı layihə həyata keçirilib

“Əlilliyi olan uşaqların valideynləri üçün ailə təlim proqramı” adlı layihə həyata keçirilib
18:23 10 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqların valideynləri üçün ailə təlim proqramı” adlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin ilkin mərhələsində 2013-cü ildə “Validə” Valideynlər Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsi və Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində pilot olaraq Ailə Təlim Proqramının tətbiqinə başlanılıb.
Layihənin bu mərhələsi Bakı şəhəri Qaradağ rayonu Ümid, Qobustan, Sahil, Səngəçal və Lökbatan qəsəbələri, Quba şəhəri, Zərdabi və Nügədi kəndlərində yaşayan əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramı haqqında bilik və valideynlik bacarıqlarının formalaşması və əldə etdikləri bilikləri öz uşaqlarının təlim- tərbiyəsində istifadə etməsi prinsipinə əsaslanır.
Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramını tətbiq etməklə onların bilik, bacarıq və məsuliyyətlərinin artırılması, onların səriştələrinin inkişaf etdirilməsi və övladlarını müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət kimi yetişdirməkdə kömək etməkdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alilliyi_olan_usaqlarin_valideynleri_uchun_aile_telim_proqrami_adli_layihe_heyata_kechirilib-910089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR