Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Rusiyada logistik mərkəz tikəcək

Azərbaycan Rusiyada logistik mərkəz tikəcək

Date: 10 December 2015 18:24

 

Azərbaycanın Qazaxıstanın Aktau şəhərində logistik mərkəzinə çox böyük maraq var.

 

“APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən bildirib.

 

“Aktau logistik mərkəzinə olduqca böyük maraq var. Mərkəzdəki qiymətlər, o cümlədən məhsulun saxlanma müddəti, imkanlarına dair məlumatlar əldə edilir. Cari ildən bu sahədə daha böyük irəliləyişlərə nail olunacaq. Azərbaycana məxsus kənd təsərrüfatı və ərzaq məhsullarının gələn ildən Qazaxıstana ixracı baxımından mərkəz böyük əhəmiyyət kəsb edir”, - deyə S. Babayev bildirib.

 

Nazir müavini qeyd edib ki, başqa ölkələrdə də bu cür mərkəzlər tikilə bilər: “Bu, Azərbaycan üçün hədəf bazarları və həmin bazarlardakı imkanlardan asılı olan məsələdir. Hal-hazırda Rusiyada belə bir logistik mərkəzin yaradılması məsələsinə baxılır. Bu məsələ müzakirə mərhələsindədir. Bu cür məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. MDB, Orta Asiya ölkələri Azərbaycanın kənd təsərrüfatı, qeyri-neft və sənaye məhsullarına çox böyük maraq göstərir. Bu gün Tacikistanda, Özbəkistanda, Qırğızıstanda geniş iştirakımız var. MDB ölkələrinin hər biri ilə geniş əməkdaşlığımız mövcuddur. Əlbəttə, əsas bazarımız Rusiyadır. Rusiya bazarı kənd təsərrüfatı və sənaye məhsullarımız üçün əsas hədəf hesab olunur”.


Tags:  Azərbaycan Rusiyada logistik mərkəz tikəcək

RƏYLƏR


Top news