Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi xəbərdarlıq edib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi xəbərdarlıq edib

"Kaspersky Lab" Azərbaycanın dövlət sektoru ilə əməkdaşlığı genişləndirir (03 Mart 2017 18:42)
OECD-in nümayəndəsi: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün hər bir şərait yaradılıb" (20 Fevral 2017 12:27)
Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi ilə bağlı hesabat tədbiri keçirilir (20 Fevral 2017 11:07)

Tarix: 10 Dekabr 2015 18:26

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Nemesis” adlandırılan yeni virusla bağlı xəbərdarlıq edib.
 
Kredit kartlarından məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş qəliz konfiqurasiyaya malik zərərvericini “FireEye” şirkətinin mütəxəssisləri aşkarlayıb.
 
Mərkəzin yaydığı məlumata görə, “Nemesis” adını almış “malware” əməliyyat sisteminin (ƏS) kodu işə salınmamışdan öncə öz zərərverici kodunu işə salır və bu xüsusi imkanına görə ƏS-in yüklənməsində iştirak edən prosesləri nəzarət altında saxlayır. Ekspertlərin fikrincə, zərərvericini aşkar etmək çox çətindir və hətta əməliyyat sisteminin yenidən yazılması da tam silinməyə gətirib çıxarmır.
 
“FireEye”nin məlumatına əsasən, “Nemesis”in müəllifi FIN1 haker qruplaşmasıdır, onlar Rusiya və ya rusdilli ölkədə fəaliyyət göstərirlər. Bu haker qrupu əsasən kredit kartlarının və digər vacib maliyyə məlumatlarının oğurlanmasına istiqamətlənib.
 
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, zərərverici sistemə yoluxandan sonra hakerlər daima “Nemesis”in funksionallığını yeniləyirlər. Məsələn, yenilənmələrin birində koderlər əsas yüklənmə qeydini (Volume Boot Record) yoluxduran xüsusi alət əlavə ediblər.
 
CAHANGİR


Teqlər:  Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi xəbərdarlıq edib



RƏYLƏR


Top xəbərlər