Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Sarayında Ümummilli Liderin xatirəsi anılıb

Heydər Əliyev Sarayında Ümummilli Liderin xatirəsi anılıb

Heydər Əliyev Sarayında "Bayram konserti" keçiriləcək (17 Mart 2017 10:47)
Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)
Azərbaycan-İran kikboksçuları üz-üzə (02 Mart 2017 11:38)

Tarix: 10 Dekabr 2015 18:38


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Heydər Əliyev Sarayında Ümummilli Liderin büstü qarşısında anım tədbiri keçirilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev çıxış edib. O, Ulu Öndərin müdrik və cəsarətli qərarları ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın, dövlətimizin maraqlarını hər şeydən uca tutmasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb.
F.Babayev qeyd edib ki, Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir. 2003-2015-ci illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixə düşüb. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulub. Prezident İlham Əliyev Ümummilli Liderin siyasətinə sadiq qalaraq Azərbaycanı inamla irəliyə aparır.
Müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad edən tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin milli mədəniyyətimiz və incəsənətimizin hərtərəfli inkişafına, yüksəlişinə verdiyi töhfələrdən danışıblar.

Teqlər:  Heydər Əliyev Sarayında Ümummilli Liderin xatirəsi anılıb



RƏYLƏR


Top xəbərlər