Fazil Məmmədov son vergi dəyişikliklərindən danışdı

Fazil Məmmədov son vergi dəyişikliklərindən danışdı
18:39 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib (27 Aprel 2017 12:42)
Vergilər naziri bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyyə edib (10 Mart 2017 12:52)
Nazir: "1%-lik vergi uçotun aparılması üçün tutulur" (10 Mart 2017 12:17)

"KİV-də bəzən yanlış şərhlər verilir"

Azərbaycan Respublikası vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən danışıb. Lent.az-ın məlumatına görə, F.Məmmədov AzərTAc-a müsahibəsində ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu bildirib: “Ölkə başçısının vurğuladığı kimi, indi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib. Bu dəyişikliklər Milli Məclisdə geniş müzakirə olunaraq, 2015-ci ilin dekabrın 7-də Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcək.

Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək.

Digər mühüm məsələ, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərlə əlaqədardır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər.

Fürsətdən istifadə edərək, bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı kütləvi informasiya vasitələrində bəzi yanlış şərhlərin verildiyi, ticarət və ictimai iaşə sektorunda vergi yükünün artırılması ilə bağlı müəyyən fikirlərin yer aldığı müşahidə olunur. Mən qətiyyətlə bildirirəm ki, bu tamamilə yanlış məlumatlardır və ola bilsin ki, insanları bilərəkdən çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23