Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Neft Daşları"nda yeni quyu

"Neft Daşları"nda yeni quyu

Date: 10 December 2015 18:43

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Neft Daşlarında yeni quyu

RƏYLƏR


Top news