Heydər Əliyev Sarayında ulu öndərin xatirəsi anıldı

Heydər Əliyev Sarayında ulu öndərin xatirəsi anıldı
18:46 10 Dekabr 2015
21 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 10-da Heydər Əliyev Sarayında Ümummilli Liderin büstü qarşısında anım tədbiri keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev çıxış edib.
 
O, Ulu Öndərin müdrik və cəsarətli qərarları ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın, dövlətimizin maraqlarını hər şeydən uca tutmasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb.

F.Babayev qeyd edib ki, Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir. 2003-2015-ci illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixə düşüb. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulub. Prezident İlham Əliyev Ümummilli Liderin siyasətinə sadiq qalaraq Azərbaycanı inamla irəliyə aparır.
 
Müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad edən tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin milli mədəniyyətimiz və incəsənətimizin hərtərəfli inkişafına, yüksəlişinə verdiyi töhfələrdən danışıblar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR