Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub

Elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub

“Poçtap” xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi (17 Mart 2017 16:35)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (15 Mart 2017 10:35)
Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix MƏLUM OLDU (14 Mart 2017 11:37)

Tarix: 10 Dekabr 2015 18:51

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) noyabr ayında elektron xidmətlərindən istifadə sayına görə bütün dövlət qurumları arasında birinci yerdə qərarlaşıb.
 
Bu, RYTN-in Məlumat Hesablama Mərkəzinin apardığı növbəti statistika nəticəsində məlum olub.
 
Bir ay ərzində nazirliyin “Elektron hökumət” portalındakı e-xidmətlərinə 345021 dəfə müraciət edilib.
 
RYTN-in ən çox istifadə olunan e-xidmətləri  “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların İMEİ qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.
 
Qeyd edək ki, portal üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 36 elektron xidmətindən yararlanmaq mümkündür.
 
CAHANGİR
 
 
 


Teqlər:  Elektron xidmətlərinə çox müraciət edilən qurum Rabitə Yüksək Texnologiyalar Nazirliyi olub



RƏYLƏR


Top xəbərlər