​Qazaxıstan Azərbaycanın dini ekstremizmə qarşı mübarizə təcrübəsini öyrənir

​Qazaxıstan Azərbaycanın dini ekstremizmə qarşı mübarizə təcrübəsini öyrənir
18:52 10 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin Dini İşlər üzrə Komitəsi Azərbaycanın dini ekstremizmə qarşı mübarizə təcrübəsini öyrənir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Komitə sədri Qalım Şoykin bildirib.
Məlumata görə, Qazaxıstan tərəfi xarici ölkələrdə terrorçuluq fəaliyyətilə məşğul olan Azərbaycan vətəndaşının bu statusdan məhrum edilməsi təcrübəsini öyrənir.
"Biz ekstremizmin qarşısının alınması və ona qarşı profilaktik tədbirlərin qanunvericiliklə həllinə dair beynəlxalq təcrübəni öyrənirik. Məsələn, bu gün biz vətəndaşlıqdan məhrumetməni müzakirə edirik. Azərbaycan bu yaxınlarda xaricdə terror fəaliyyətilə məşğul olan vətəndaşlarının bu statusdan məhrum edilməsi haqda qanun qəbul edib", - o, təlim zamanı jurnalistlərə bildirib.
Komitə sədri qeyd edib ki, hələlik beynəlxalq təcrübə öyrənilir, bu istiqamətdə qərar qəbul edilməyib: "Başqa tədbirlər də var. Belə adamları vətəndaşlıqdan məhrum etmədən hərəkətini məhdudlaşdırmaq üçün pasportdan məhrum etmək olar". 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qazaxistan-azerbaycanin-ekstremizme-qarsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR