Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Aİ və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır"

"Aİ və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır"

Viza məhdudiyyəti aradan qalxacaq - (11 Mart 2017 00:40)
Ukrayna Aİ ilə vizasız rejimə daha bir addım yaxınlaşdı (02 Mart 2017 22:54)
Aİ Şurası Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması vəziyyətini qəbul edib (27 Fevral 2017 15:02)

Tarix: 10 Dekabr 2015 18:58

Bakı. Rufiz Hafizoğlu - Trend:

2016-cı ildə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır. Bunu Trend-ə Şimali Kiprin sabiq Baş naziri Hakkı Atun deyib.

Onun sözlərinə görə, Aİ Türkiyədən viza rejiminin ləğvi üçün 72 bəndi yerinə yetirməyi tələb edir: "Bu da ondan xəbər verir ki, Aİ Ankaraya qarşı qeyri-səmimi siyasət yürüdür".

H.Atun əlavə edib ki, Aİ-nin Türkiyəni qəbul etməkdən imtinasının əsas səbəbi Şimali Kipr məsələsidir: "Bu məsələ Aİ və Türkiyə nümayəndələrinin, demək olar, bütün görüşlərində müzakirə olunur".

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır



RƏYLƏR


Top xəbərlər