Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DGK gömrük rəsmiləşdirilmələrinin sadələşdirilməsi üçün kampaniyaya başlayıb

DGK gömrük rəsmiləşdirilmələrinin sadələşdirilməsi üçün kampaniyaya başlayıb

Date: 10 December 2015 19:02

Bakı. 10 dekabr. REPORT.AZ/ Gömrük rəsmiləşdirilmələrini sadələşdirmək üçün öncədən məlumatlandırma kampaniyasına başlamışıq. "Report" xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun ikinci iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib.
Ş.Bağırovun sözlərinə görə, öncədən məlumatlandırma rəsmiləşdirilmə prosesini sadələşdirə bilər:
"Əgər hansısa şirkət daşıdığı məhsulların daha tez gömrük rəsmiləşdirilməsini istəyirsə, öncədən yüklər haqqında bizə məlumat verməlidirlər. Bununla da həmin proses sadələşdirilə bilər".
DGK rəsmisi deyib ki, bəzi hallarda bir sıra şirkətlər ixrac qanunları ilə bağlı məsələlərə ya səthi yanaşırlar, ya da həmin məsələlərdən xəbərsizdirlər.

Tags:  DGK gömrük rəsmiləşdirilmələrinin sadələşdirilməsi kampaniyaya başlayıb

RƏYLƏR


Top news