Dövlət orqanlarına müsabiqə yolu ilə qəbula dair vəsait çap olunub

Dövlət orqanlarına müsabiqə yolu ilə qəbula dair vəsait çap olunub
19:04 10 Dekabr 2015
71 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dövlət və hüquq-mühafizə orqanlarının vakant vəzifələrinə, eləcə də hakimlik, vəkillik üzrə edilən müsabiqələrə hazırlaşan vətəndaşlara kömək məqsədilə yeni kitab işıq üzü görüb.

 

Lent.az-ın xəbərinə görə, "Dövlət və hüquq-mühafizə orqanlarına müsabiqə yolu ilə qəbul: Test imtahan proqramları və sınaq test tapşırıqları" adlanan yeni nəşrdə Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət orqanlarında yaranan vakant vəzifələrlə bağlı elan edilən müsabiqələrin test imtahanları ilə yanaşı, hakimlik, vəkillik, ədliyyə, prokurorluq, miqrasiya, vergi, daxili işlər orqanları üzrə də elan edilən müsabiqələrin test imtahanları proqramları verilib və hər bir istiqamət üzrə fərdi qaydada sınaq test tapşırıqları da təqdim edilib.

 

Respublikamızda ilk dəfə olaraq bu tipli kitabın hazırlanması geniş oxucu auditoriyasını əhatə etməklə yanaşı, müsabiqəyə hazırlaşanlara əvəzsiz kömək edəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR