Mingəçevir Dövlət Dram Teatrı məktəblilərin qış tətili üçün yeni tamaşa hazırlayıb

Mingəçevir Dövlət Dram Teatrı məktəblilərin qış tətili üçün yeni tamaşa hazırlayıb
19:08 10 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 10 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrının kollektivi məktəblilərin qış tətilinin səmərəli keçməsi üçün yeni tamaşa hazırlayıb.
Teatrın rəhbəri Səxavət Məmmədov AZƏRTAC-a bildirib ki, “Dəcəl keçi” adlı yeni tamaşa dekabrın 18-dən başlayaraq hər gün teatrın səhnəsində balacalara təqdim olunacaq.
Məktəblilər əvvəlcə teatrın foyesində keçirilən Yeni il şənliklərinin qonağı olacaqlar. Şaxta baba və Qar qız, klounların şousu, səsləndirilən şən musiqi və hədiyyələr uşaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcək. Sonra məktəblilər teatrın tamaşa salonuna keçərək “Dəcəl keçi” tamaşasına baxacaqlar.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Dekabrın 31-dək təqdim olunacaq tamaşanın və Yeni il şənliyinin biletləri hazırda teatrın kassasında satışdadır. Tamaşa və Yeni il şənliyi hər gün 5 dəfə balacalara təqdim olunacaq. Ümumilikdə 8 minə yaxın məktəblinin Yeni il proqramında iştirak edəcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevir_Dovlet_Dram_Teatri_mekteblilerin_qis_tetili_uchun_yeni_tamasa_hazirlayib-910117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR