Mərakeşdə terror təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir

Mərakeşdə terror təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir
19:08 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Rabat, 10 dekabr, AZƏRTAC 
Mərakeş Krallığının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əbdüllətif Həmuçi ölkənin ən böyük hava limanı olan Kasablankadakı V Məhəmməd hava limanındakı VİP girişi ləğv edən əmr verib. Ölkə mətbuatı yazır ki, buna səbəb artan terror təhlükəsidir.
Bundan əvvəl hava limanındakı bu giriş-çıxışdan yüksək vəzifəli şəxslər, böyük biznesmenlər istifadə edirdi. Onlar heç bir yoxlamadan keçmədən ölkəyə girib-çıxırdılar. Yeni qərara əsasən hər kəs istisnasız olaraq ciddi yoxlanılacaq.
Mərakeş ərazisinə daxil olan bütün şəxslər səfərlərinin məqsədi haqqında ətraflı sənəd doldurmalı olacaqlar. Sərhəd-keçid məntəqələrində yoxlama avadanlıqlarının sayı da artırılıb.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merakesde_terror_tehlukesi_ile_bagli_tehlukesizlik_tedbirleri_guclendirilir-910116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR