Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli”də həlak olan və itkin düşənlərin ailələrinə 15 min manat veriləcək

“Günəşli”də həlak olan və itkin düşənlərin ailələrinə 15 min manat veriləcək

Balıqçı qayığı gəmi ilə toqquşdu - İtkin düşənlər var (20 Mart 2017 23:53)
Balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var (20 Mart 2017 22:42)
İrlandiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ağır yaralanıb, 3-ü itkin düşüb (14 Mart 2017 14:07)

Tarix: 10 Dekabr 2015 19:09

Artur Rasizadə sərəncam imzalayıb

Baş nazir Artur Rasizadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da sərəncam imzalayıb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

 

Sərəncamda Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Teqlər:  Günəşlidə həlak olan itkin düşənlərin ailələrinə 15 min manat veriləcək



RƏYLƏR


Top xəbərlər