Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda seksual təzyiq göstərənlərin cəzası artırılır

Azərbaycanda seksual təzyiq göstərənlərin cəzası artırılır

Date: 10 December 2015 19:12

Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir.

Milli.Az xəbər verir ki, oxu.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslərə 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Tags:  Azərbaycanda seksual təzyiq göstərənlərin cəzası artırılır


RƏYLƏR


Top news