Lənkəranda bir gündə 489 abonent ilk dəfə “mavi yanacaq”la təmin olunub

Lənkəranda bir gündə 489 abonent ilk dəfə “mavi yanacaq”la təmin olunub
19:13 10 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lənkəran rayonunun daha iki yaşayış məntəqəsi - Tükəvilə və Talışlı kəndləri ilk dəfə “mavi yanacaq”la təchiz edilib.
AZƏRTAC xəbər verir ki, 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 min 628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Dekabrın 10-da Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Talışlı kəndinə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Talışlının Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndi olduğunu vurğulayan T.Qaraşov bu ilin sonunadək daha dörd yaşayış məntəqəsinin təbii qazla təmin olunması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, bununla da rayonda ümumi abonentlərin 43 min 547 nəfəri (92,7 faizi) təbii qazdan istifadə edəcək.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Haftoni inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahid Əzimov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Elçin Məmmədov, kənd sakinlərindən ağsaqqal Əli Fərəcov, müəllim Məmmədağa Kişiyev və başqaları ölkəmizdə əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_bir_gunde_489_abonent_ilk_defe_mavi_yanacaqla_temin_olunub-910120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR