Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncənin 50 yaşlı Anatomiya Muzeyi - REPORTAJ

Gəncənin 50 yaşlı Anatomiya Muzeyi - REPORTAJ

Date: 10 December 2015 19:14

İlan, kərtənkələ, quş, böyük və kiçik ölçüdə müxtəlif heyvan nümunələri, insan skeletləri və hətta 5 aylıq uşaq cəsədi... Bu preparatların hamısı Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində yaradılan Anatomiya Muzeyindədir.
 
Professor Adil Ramazanovun dediyinə görə, muzeydə 600-dən artıq eksponat var. Təxminən 50 il bundan əvvəl yaradılan muzey son illər daha da zənginləşdirilib: "Preparatları da tapmaq belədir ki, sağ olsunlar tələbələrim. Özüm də rayonlardan cəmdəkləri tapıb gətirmişəm. İlanı, məsəl üçün. Eldar müəllim var bizdə, sağ olsun, vaxtilə tələbəm olub, indi müəllimdir bizdə. O, tələbələri aparıb Samuxa praktikaya. Görüb ilan siçanı qovur, yemək istəyir. Eldar müəllim də gürzəni öldürüb gətirib mənə".
 
Professorun sözlərinə görə, heyvan cəsədləri muzeyə gətirilərək üzərində bəzi işlər aparılır. Heyvanların sümükləri əzələlərdən ayrılaraq formalin və spirtlə işlənilir.
 
Maraqlı eksponatlardan biri olan şirin skeleti də məhz muzeydə hazırlanıb: "Moskvadan zoopark gəlmişdi o vaxt Gəncəyə. Mən də onda baytarlıq klinikasının müdiri idim. Getdik, şir də artıq naxoşlamışdı, ölüm vəziyyətində idi. Dedim, öləcək onsuz da, iynəni vuraq. Gəldilər, dedilər ki, şir ölüb. Dedim, verin onda preparat düzəldib, anatomiya korpusuna qoyarıq".
 
Adil Ramazanov bildirib ki, universitetə xaricdən gələn qonaqlar tanışlıqdan sonra muzey barədə xoş sözlər deyirlər. Professor tədris prosesində geniş istifadə edilən muzeyin eksponatlarla zənginləşdirmə işinin bundan sonra da davam edəcəyini vurğulayıb.

Tags:  Gəncənin 50 yaşlı Anatomiya Muzeyi REPORTAJ

RƏYLƏR


Top news