Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Uşaq Teatrı “İnsan hüquqları” adlı tədbir-tamaşa təqdim edib

Bakı Uşaq Teatrı “İnsan hüquqları” adlı tədbir-tamaşa təqdim edib

Date: 10 December 2015 19:18


Bakı, 10 dekabr, AZƏRTAC
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Bakı Uşaq Teatrı “İnsan hüquqları” adlı tədbir-tamaşa təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutub.
Hər zaman maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq Teatrının kollektivi repertuarında olan “Əşxas”, “Həyatla oyun”, “Günahsız günahkarlar”, “Qeyri-adi məhkəmə” tamaşalarından insan hüquqlarına toxunan səhnəciklər nümayiş edib.
Hər bir səhnəcikdən sonra tamaşaçılarla diskussiya aparılıb.









Tags:  Bakı Uşaq Teatrı İnsan hüquqları adlı tədbir-tamaşa təqdim edib


RƏYLƏR


Top news