Məktəbdə Ulu Öndərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub

Məktəbdə Ulu Öndərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub
19:23 10 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 10-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ulu öndər Heydər Əliyev yaddaşlarda əbədi qalacaq” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tər qərənfillər düzülmüş səhnədə Ulu Öndərin xatirəsinə şamlar yandırılıb və Dövlət himni səsləndirilib.
Məktəbin direktoru Əlislam Abasquliyev çıxış edərək uşaqlara ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlərindən danışıb. Dahi rəhbər Heydər Əliyevin elmə, təhsilə daim xüsusi qiymət göstərdiyini qeyd edən direktor Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Tədbirdə məktəbin müəllimləri - Nargilə Əhmədova, Yeganə Vəliyeva, Məlahət Məhərrəmova və başqaları müasir müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, dahi rəhbərin misilsiz xilaskarlıq rolundan, zəngin dövlət idarəçiliyi təcrübəsinin əhəmiyyətindən bəhs ediblər. Heydər Əliyevin milli mədəniyyətimiz və incəsənətimizin hərtərəfli inkişafına, yüksəlişinə verdiyi töhfələrdən danışıblar.
Sonda məktəbin şagirdlərinin ifasında şair-publisist Anar Məmmədovun Ulu Öndərə həsr etdiyi şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Tədbirdə şair-publisist Z.D.Qayalının Ulu Öndərə həsr etdiyi “Əziz rəhbər” kitabının da təqdimatı keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mektebde_Ulu_Ondere_hesr_edilmis_edebi_bedii_kompozisiya_numayis_olunub-910130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR