Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qaradağ-Səngəçal” günəş elektrik stansiyası 2016-cı ildə istifadəyə veriləcək

“Qaradağ-Səngəçal” günəş elektrik stansiyası 2016-cı ildə istifadəyə veriləcək

Date: 10 December 2015 19:23


Bakı, 10 dekabr, Nihad Budaqov, AZƏRTAC 
“Qaradağ-Səngəçal” günəş elektrik stansiyası (GES) layihəsi 2016-cı ildə yekunlaşdırılacaq. Stansiyada ən son texnologiyalarla hazırlanan 36 minə yaxın günəş panelinin quraşdırılması və etibarlı elektrik ötürmə sisteminin yaradılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) məlumat verilib. Bildirilib ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında quraşdırılan və layihə gücü 9 meqavat olan “Qaradağ-Səngəçal” GES-in inşasına ABOEMDA-nın “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən 2014-cü ildə başlanılıb. Quraşdırılacaq elektrik stansiyası Səngəçal qəsəbəsinin və ümumilikdə Qaradağ rayonunun elektrik enerjisinə olan ehtiyacının daha yüksək səviyyədə təmin olunmasına xidmət edəcək.

Tags:  Qaradağ-Səngəçal günəş elektrik stansiyası 2016-cı ildə istifadəyə veriləcək


RƏYLƏR


Top news