Göygöl və Samuxda yeni subartezian quyuları istifadəyə verilib

Göygöl və Samuxda yeni subartezian quyuları istifadəyə verilib
19:23 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Göygöl, 10 dekabr, Sabir Əliyev, AZƏRTAC
Göygöl rayonunun Xaqani kəndinin əkin sahələrinin suvarma suyu ilə təchizatı yeni subartezian quyusunun istifadəyə verilməsi ilə həll edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 10-da keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Arif Seyidov görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, rayonun 12 min 500 hektar əkinə yararlı torpaq sahəsinin suvarılmasında digər mənbələrlə yanaşı, 210 subartezian quyusundan da istifadə edilir. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq son 3 ildə rayonda 32 su quyusu qazılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib ki, qazılan quyuların suyundan suvarma ilə yanaşı, içməli su kimi də istifadə olunacaq.
X X X
Həmin gün Samux rayonunun Sərkar kəndində də yeni subartezian quyusu istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək bildirib ki, əkinə yararlı 22 min hektar torpaq sahəsinin yarıdan çoxu subartezian quyuları vasitəsilə suvarılır. Hazırda Samuxda 500-ə yaxın subartezian quyusu var və onların hamısı işlək vəziyyətdədir. Son iki ildə rayonda istifadəyə verilən 33 su quyusundan 11-i 2015-ci ildə qazılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goygol_ve_Samuxda_yeni_subartezian_quyulari_istifadeye_verilib-910126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR