Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Baş nazirin iti deputatı dişlədi

Baş nazirin iti deputatı dişlədi

Date: 10 December 2015 19:27

İsrailin baş naziri Benyamin Netanyahunun iti Kaiya xarici işlər naziri müavininin həyat yoldaşını və Likud Partiyasından bir millət vəkilini dişləyib.

Milli.Az-ın məlumatına görə, musavat.com xəbər verir ki, hadisə musəvilərin dini bayramı Hanukada baş verib.

Dekabrın 9-da keçirilən mərasimə sahibi ilə gələn it gözlənilmədən onu oxşamaq istəyən iki nəfəri qapıb.

Kaiyanı İsrailin ən ünlü köpəyi adlandırırlar. Netanyahu avqust ayında oğlunun evinə gətirdiyi itin şəklini Tvitter-də "sizə də it almağı tövsiyə edirəm. Peşman olmayacaqsız" mətni ilə paylaşmışdı.

Milli.Az


Tags:  Baş nazirin iti deputatı dişlədi


RƏYLƏR


Top news