Azərbaycan Rusiyada logistik mərkəzin yaradılması barədə müzakirələr aparır

Azərbaycan Rusiyada logistik mərkəzin yaradılması barədə müzakirələr aparır
19:33 10 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Rusiyada logistik mərkəzin yaradılması barədə müzakirələr aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə Müstəqil Dövlətlər Birliyi ölkələri Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarına böyük maraq göstərir.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərində yaratdığı logistik mərkəzinə diqqətin artdığını bildirən nazir müavini Tacikistan, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrlə Azərbaycanın geniş iqtisadi əlaqələri olduğunu qeyd edib. Rusiyada Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarına böyük maraq var, deyıb.
Sahil Babayev hal-hazırda Rusiyada logistik mərkəzin yaradılması məsələsinə baxıldığını və bu barədə müzakirələrin aparıldığı barədə məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Rusiyada_logistik_merkezin_yaradilmasi_barede_muzakireler_aparir-910136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR