Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı milyarderin qardaşının villası - FOTO

Azərbaycanlı milyarderin qardaşının villası - FOTO

Date: 10 December 2015 19:42

Ötən ay Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəsinə məxsus evdə axtarış aparılıb.

O, iki ay müddətinə həbs edilib. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor RubaşkinVladimir Andrievskiyə verməkdə vasitəçilik edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, oliqarxın qardaşı Solomonun dəbdəbəli, üç mərtəbəli kotteci gözəlliyi ilə heyran edir. Axtarış zamanı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.

Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərin mülkə necə düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.

Yağlı boya ilə çəkilən "Yer üzündə və göylərdə məhəbbət" adlı əsərin Romadakı Borqeza qalereyasında saxlandığı deyilirdi. Əsər heç vaxt şəxsi kolleksiyada olmayıb.

Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kottec mərmər, qızılı tonlarda bəzədilib.

Bundan başqa polislər onun anasının hüquqşünaslarla danışığını da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu, doğrudan da, reketliklə məşğul olub.

Qeyd edək ki, Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.

Milli.Az







Tags:  Azərbaycanlı milyarderin qardaşının villası FOTO


RƏYLƏR


Top news